Operativ Məlumat Mərkəzi

Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib - FOTO

1 dəq
Paylaş:
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib - FOTO

Xocalı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Xocalı Rayon Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində tullantılarının qalaqlanması faktı aşkar olunub.

Qeyd edilən məişət tullantılarından təmizlənib, bu istiqamətdə tədbirlər davam etdirilir.

"Bir daha vətəndaşlarımızın nəzərinə ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır".

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax