Operativ Məlumat Mərkəzi

Pezeşkian: “Yeni hakimiyyətlə İranın mövqeyi dəyişməyib”

2 dəq
Paylaş:
Pezeşkian: “Yeni hakimiyyətlə İranın mövqeyi dəyişməyib”

İranın yeni seçilmiş prezidenti Məsud Fələstin İslami Cihad və Livan qruplarının rəhbərləri ilə görüşüb və deyib ki, Tehran bu qruplaşmaların İsrailə qarşı mübarizəsində dəstəyini davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, administrasiya prezidentin “ oxunu dəstəkləmək dini bir vəzifə və İran siyasətinin əsas prinsipidir” sözlərini sitat gətirib.

İranın paytaxtında Fələstin İslami Cihad lideri Ziyad ən-Nəxalə və Hizbullahın vitse-prezidenti Naim Qasim ilə görüş baş tutub.

"İranın Qüdsün xilası işinə dəstək verməklə bağlı hakimiyyətə gələn yeni hökumətlə dəyişməyib. Biz fələstinli qardaşlarımızı İsrail rejiminin insanlığa qarşı törətdiyi cinayətlərlə tək qoymayacağıq", - deyə İran lideri bildirib.

Fələstin İslami Cihad Rəhbəri Ziyad ən-Nəxalə “Fələstin xalqı İranın dəstəyini heç vaxt unutmayacaq” deyərkən, “Hizbullah”ın vitse-prezidenti Naim Kasım “İsrail İslam Respublikasının dəstəyi sayəsində müqavimət qüvvələrinə məğlub olacaq” deyib.

Tehranın regionda müttəfiqi kimi gördüyü və “müqavimət oxu” adlandırdığı müqavimət qüvvələrinə müsəlman, əsasən də şiə yarımhərbi qruplaşmalar daxildir. Bunlara Fələstinin HƏMAS, Livanın Hizbullahı, İraqın İslami Müqaviməti, Yəmənin Husi üsyançı Ənsarullah hərəkatı, Suriyada terrorçu qruplaşmalarla döyüşən Əfqanıstan və Pakistan şiə qoşunları daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax