Operativ Məlumat Mərkəzi

Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxartdı

1 dəq
Paylaş:
Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxartdı

İran Prezidenti məsələləri üzrə köməkçisi Dəbirini vəzifəsindən kənarlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, M.Pezeşkian bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Novruz bayramında Antarktidada səfərində olmağınız təsdiqini tapdı. Möminlərdən nümunə götürməklə fəxr edən bir hökumətdə, xalqa qarşı iqtisadi təzyiqlərin yüksək və məhrumiyyətlərin çox olduğu bir şəraitdə məmurların, hətta şəxsi hesablarına belə bahalı istirahət səfərlərinə getməsi müdafiə oluna və əsaslandırıla bilməz".

Qeyd edək ki, daha öncə Ş.Dəbirinin Antarktidaya səfəri ilə bağlı məlumat və görüntülərin paylaşılması vətəndaşların kəskin etirazına səbəb olmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr