Operativ Məlumat Mərkəzi

Peşə təhsili alan qadınların sayı açıqlanıb

2 dəq
Paylaş:
Peşə təhsili alan qadınların sayı açıqlanıb

2023-2024-cü ilində peşə təhsili alan qadınların sayı 6 931 nəfər edib. Bu da əvvəlki illərlə müqayisədə 10 % artım deməkdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, bu göstəricidə artım olsa da, hədəflənən rəqəmdən azdır.

C.Kərəmov qeyd edib ki, ən çox tələb olunan ixtisas, həmişə olduğu kimi, aşpazlıq üzrə olub.

"Əmək bazarının araşdırılması ilə bağlı məlumatlar istədiyimiz kimi deyil. Hələ də təkliflər veririk. Eləcə də aidiyyəti dövlət qurumlarından gələcək 5-10 il üçün hansı sahələrdə fəaliyyət aktivliyi olacağı ilə bağlı məlumat istəyirik. Məzunların əmək bazarında uğurları ilə bağlı aparılacaq. Hələ də peşə təhsili müəssisələrində kadrlara lazımi qədər əməkhaqqı verə bilmirik. Bundan başqa, aşpaz ixtisası üzrə 30-dan çox vakansiya yerinin 17-nə hələ də layiqli namizəd tapa bilməmişik", - direktor vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax