Operativ Məlumat Mərkəzi

Peşə məktəblərinə tələbə qəbulunun III mərhələsi başlayıb

2 dəq
Paylaş:
Peşə məktəblərinə tələbə qəbulunun III mərhələsi başlayıb

11 sentyabr tarixindən 2025/2026-cı tədris ili üzrə müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III-sonuncu mərhələsinə start verilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bu mərhələdə ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilərlər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.

11 sentyabr tarixindən etibarən müraciətçilər elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan yerlərə müraciətlərini göndərə biləcəklər. Boş qalan yerlərə sənəd qəbulu 12 sentyabr saat 18:00-dək davam edəcək.

Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:

Şəxsi kabinetinə daxil olunur.
“Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir.
“Müraciət et” bölməsinə daxil olunur.
Şəxsi məlumatlar daxil edilir.
Əvvəlki təhsil məlumatları daxil edilir
Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir.
Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.

Hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 13 sentyabr tarixinədək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax