Operativ Məlumat Mərkəzi

Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib

2 dəq
Paylaş:
Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin üçüncü ildönümü münasibətilə qəbul edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın həmin ölkədəki səfirliyindən bildirilib.

Sənəddə 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə BMT Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa bildirilir və 8 noyabr tarixində “qardaş xalqı ən şanlı səhifələrindən birinə çevrilmiş, Zəfər Gününün üçüncü ildönümünü böyük iftixar hissi ilə qeyd edir” vurğulanır.

Bəyanatda həmçinin, Azərbaycanın beynəlxalq hüquq və ədaləti, eləcə də bir milyona yaxın məcburi köçkünün öz evlərində yaşamaq hüququnu bərpa etdiyi və hazırda qeyd olunan məqsədə nail olmaq üçün bütün səylərini bölgənin minalardan təmizlənməsinə və yenidənqurulmasına, habelə burada davamlı sülhün bərqərar olmasına yönəltdiyi vurğulanır.

Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbriklər çatdırılır və şəhid olmuş soydaşlarımızla bağlı başsağlığı ifadə olunur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax