Operativ Məlumat Mərkəzi

Paytaxtda qarın hündürlüyü 2 sm olub

1 dəq
Paylaş:
Paytaxtda qarın hündürlüyü 2 sm olub

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı davam edib, bəzi yerlərdə sulu qar, qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Qar örtüyünün hündürlüyü Lənkəran 37 sm, Yardımlı 35 sm, Astara, Lerikdə 30 sm, Biləsuvar 22 sm, İmişli 20 sm, Quba 18 sm, Xaltan, Beyləqan 15 sm, , Sarıbaşda (Qax) 14 sm, əksər rayonlarda 12 sm, Bakıda və yarımadasında isə 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 şaxta, Naxçıvan MR-da 6 dərəcəyədək şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax