Operativ Məlumat Mərkəzi

Paşinyanın xanımı açıqladı - 44 günlük müharibədə 11 min nəfər fərari olub

2 dəq
Paylaş:
Paşinyanın xanımı açıqladı - 44 günlük müharibədə 11 min nəfər fərari olub

“Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 müharibədə 11 min nəfər fərarimiz vardı”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın Nikol Paşinyanın həyat yoldaşı Anna deyib.

“Biz müharibədə Davidi ( ordusunun -red) və onun kimi daha 4 000 əsgəri itirdik, çünki çoxları cəbhəyə getmədi, müharibə zamanı Ali baş komandan Vətəni müdafiə etmək üçün könüllüləri çağıranda onlar çağırışa gəlmədilər. Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı”.

Anna Akopyan bununla yanaşı kişilərə hörmət etdiyini deyərək, eyhamla danışıb: “Mən sizə, arvadlarınıza, uşaqlarınıza hörmət edirəm, amma icazə verin, bu hörməti saxlayım”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax