Operativ Məlumat Mərkəzi

Paşinyan keçmiş prezidentlərlə debata ehtiyac görmür

2 dəq
Paylaş:
Paşinyan keçmiş prezidentlərlə debata ehtiyac görmür

(Qarabağ danışıqları) prosesi ilə bağlı bütün əsas sənədlər artıq ictimaiyyətə təqdim edilib və keçmiş prezidentlərlə bu mövzuda debata çıxmağa ehtiyac yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, bu barədə Nikol parlamentdə bildirib.

“Bu məsələ artıq bitib, danışıqlar prosesi ilə bağlı heç bir anlaşılmazlıq yoxdur. Əgər Ermənistan vətəndaşları bu sənədləri oxuyacaqsa, heç bir sual yaranmayacaq. Hazırda onları (keçmiş prezidentləri) debata dəvət belə etmirəm, onlarla nə barədə danışmaq olar ki? Artıq debat aparmaq üçün mövzu yoxdur. Oxuyub hər yerdə danışsınlar. Nə danışacaqlar? Danışacaq bir şey yoxdur”, – Paşinyan qeyd edib.

Qeyd edək ki, ötən gün Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax