Operativ Məlumat Mərkəzi

Pakistanın Baş naziri sabah Azərbaycana səfər edəcək

2 dəq
Paylaş:
Pakistanın Baş naziri sabah Azərbaycana səfər edəcək

Pakistanın Şahbaz Şərif sabah Azərbaycana səfərə gələcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Pakistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, iyunun 14-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olacaq:

"Baş nazirin etdiyi nümayəndə heyətinə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər daxildir".

Qeyd edilib ki, səfər zamanı Pakistanın Baş naziri ticarət, investisiya və enerji sahələri daxil olmaqla, Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcək: "Qarşılıqlı maraq doğuran və qlobal məsələlər, həmçinin çoxtərəfli platformalar çərçivəsində müzakirə olunacaq. Pakistan- münasibətləri ortaq inanca, mədəniyyətə, tarixə əsaslanır. Bu əlaqələr regional və qlobal məsələlərə dair qarşılıqlı etimad və baxışların uzlaşması ilə möhkəmlənir. Rəhbərlik səviyyəsində mütəmadi mübadilələr iki ölkə arasında dostluq bağlarını göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax