Əsas məzmuna keç

Pakistan Rusiya ilə "Birgə Dostluq-2024" təliminə başlayıb

Pakistan Rusiya ilə "Birgə Dostluq-2024" təliminə başlayıb

Asiya ölkəsinin Pabbi Milli Terrorla Mübarizə Mərkəzində Rusiya-Pakistan " Dostluq-2024" təliminə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya məlumat yayıb.

Rusiya-Pakistan "Birgə Dostluq-2024" taktiki təliminin mərasimi İslam Respublikasındakı Pabbi Milli Antiterror Mərkəzinin bazasında keçirilib.

Rus əsgərləri bir gün əvvəl İL-76 təyyarəsi ilə təlim bölgəsinə aparılıb. Açılış mərasimi Pakistan İslam Respublikasının və Rusiya Federasiyasının dövlət bayraqlarının qaldırılması və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Pakistan Quru Qoşunlarının nümayəndəsi salamlama nitqində Rusiya və Pakistan arasında regionda təhlükəsizliyə müsbət təsir göstərən strateji tərəfdaşlıq və dostluğun əhəmiyyətinə diqqət çəkib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…