Operativ Məlumat Mərkəzi

Özünü qaldırıcı krandan atmaq istəyən şəxsin intiharının qarşısı alınıb

2 dəq
Paylaş:
Özünü qaldırıcı krandan atmaq istəyən şəxsin intiharının qarşısı alınıb

Bu gün axşam saatlarında intihara cəhd hadisəsi olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, bir nəfər vətəndaş paytaxtın Nizami rayonu ərazisində qaldırıcı kranın üzərinə intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

tərəfindən şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Şəmiyev Nicat Mübariz oğlu qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji aparılmaqla xilasetmə yastığı açaraq, zəruri tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax