Operativ Məlumat Mərkəzi

Özbəkistan Prezidenti Azərbaycan liderinə: COP29 Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir

2 dəq
Paylaş:
Özbəkistan Prezidenti Azərbaycan liderinə: COP29 Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir

Gələn həftə gözəl Bakı şəhərində baş tutacaq və dünyanın bütün dövlətlərini, eləcə də ən nüfuzlu təşkilatları bir araya gətirən Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçılarının 29-cu konfransı (COP29) Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir desəm, əsla mübaliğə olmaz.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidenti Şavkat Mirziyoyev 8 Noyabr - Zəfər Günü münasibətilə İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.

"Əminəm ki, bu nüfuzlu tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizə və onların nəticələrinin azaldılması, qlobal çağırışlara cavab verən həll yollarının və gücləndirici strategiyaların təsdiqlənməsi, dünya xalqlarının "yaşıl iqtisadiyyata" keçidi ilə bağlı təşəbbüslərinin daha da artması istiqamətində böyük nailiyyətlər əldə ediləcəkdir.

Tədbir zamanı keçiriləcək yüksək səviyyəli görüşlərdə məhsuldar danışıqlarımızı, çoxtərəfli üzrə yeni razılaşmalarımızı səbirsizliklə gözləyirəm", - Özbəkistan Prezidenti vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax