Operativ Məlumat Mərkəzi

Özbəkistan Prezidenti: Azərbaycan-Ermənistan Birgə Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir

2 dəq
Paylaş:
Özbəkistan Prezidenti: Azərbaycan-Ermənistan Birgə Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir

Bu gün BMT Şurasında ciddi islahata ehtiyac var, inkişaf etməkdə olan ölkələrin səsi orada daha gur gəlməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu Respublikasının Prezidenti Şavkat Mirziyoyev Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

O bildirib ki, TDT-nin beynəlxalq təşkilat kimi rolunun gücləndirilməsi üçün Strateji Dostluqla bağlı Sazişin qəbul edilməsi prosesi yekunlaşdırılmalıdır: “Biz iqtisadi və ticari münasibətlərimizin sənaye sahəsində də gücləndirilməsini, Türk dövlətlərinin Sənaye Alyansının təsis edilməsini təklif edirik. Praktiki əməkdaşlığımız konkret layihələrlə həyata keçirilməlidir.

Eyni zamanda, Türk Yaşıl Koridoru adlandırılan elektron sistem yaradılmasını, yaşıl enerji ilə bağlı aparıcı texnologiyaların, dövlət-özəl layihələrin təşviqini də təklif edirik”.

Özbəkistan lideri - sülh danışıqları prosesinə də toxunub. O qeyd edib ki, Vaşinqtonda Azərbaycanın Ermənistanla imzaladığı Birgə Bəyannamə Türk xalqlarının zəfəridir.

Şavkat Mirziyoyev vurğulayıb ki, Bəyannamə iqtisadiyyat, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları ortaya qoyur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax