Operativ Məlumat Mərkəzi

Ov mövsümü başa çatıb

2 dəq
Paylaş:
Ov mövsümü başa çatıb

Ölkə ərazisində 10 oktyabr 2025-ci il tarixindən açıq elan olunmuş ov başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 1 dekabr tarixindən ölkə ərazisində ov edilməsi olunur.

Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, alim və mütəxəssislərlə birgə aparılan mütəmadi monitorinqlərin nəticələrinə əsasən, son illər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ölkəmizin faunasına da təsir göstərdiyindən ov mövsümünün məhdudlaşdırılması zərurəti yaranıb.

“Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların toplaşma, istirahət, qidalanma, qışlama və yuvalama yerlərinin, həmçinin bir sıra növlərin miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Qeyd olunanlar nəzərə alınaraq, hazırda təbiətdə gedən proseslər izlənilir və nəticələrdən asılı olaraq, ov mövsümünün yenidən açılıb-açılmaması məsələsinə baxılacaq”.

Xidmət rəsmisi ov mövsümünün bağlı olduğu müddətdə vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə və qanunsuz ovdan çəkinməyə çağırıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax