Əsas məzmuna keç

Ov etmək qaydalarını pozan şəxslərin iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq

Ov etmək qaydalarını pozan şəxslərin iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq

bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 272-1-cü...

Ov etmək qaydalarını pozan şəxslərin iki müddətə ov hüququ məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev İnzibati Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 272-1-cü maddəyə əsasən, bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…