Operativ Məlumat Mərkəzi

Ötən həftə azad olunan ərazilərdə 173 mina zərərsizləşdirilib

1 dəq
Paylaş:
Ötən həftə azad olunan ərazilərdə 173 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə fevralın 10-dan 16-dək 51 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 306 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 935.6 hektar minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd (DSX) və dörd özəl Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax