Operativ Məlumat Mərkəzi

Ötən gün qəzaya düşən piyada vəfat edib

1 dəq
Paylaş:
Ötən gün qəzaya düşən piyada  vəfat edib

Göyçayda avtomobilin piyada Bakıda xəstəxanada ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün saat 20:50 radələrində rayonun Qarabaqqal kəndi ərazisində Əhməd idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1949-cu il təvəllüdlü rayon sakini Rafiq Hacıyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakı şəhərində xəstəxanalardan birinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax