Operativ Məlumat Mərkəzi

Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 128 nəfər müraciət edib

1 dəq
Paylaş:
Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 128 nəfər müraciət edib

Oktyabr ayı ərzində Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.

Mərkəzin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 64-ü dərmandan, 24-ü turşusundan, 8-i göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib.

Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin, onlardan 3 nəfərini ilan sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax