Operativ Məlumat Mərkəzi

Ötən ay Azərbaycana 1 150 nəfərin girişi məhdudlaşdırılıb

2 dəq
Paylaş:
Ötən ay Azərbaycana 1 150 nəfərin girişi məhdudlaşdırılıb

Ötən ay İnzibati Məcəlləsinin və Miqrasiya Məcəlləsinin maddələrinin tələblərini pozmasına görə 1 150 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 224, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə və vətəndaşlığı şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 926 qərar qəbul edilib.

Bunlardan 882-si Miqrasiya Məcəlləsinin tələblərini pozmasına görə ( Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 44-ü Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax