Operativ Məlumat Mərkəzi

Orban Trampın dəvəti ilə Sülh Sammitində iştirak edəcək

2 dəq
Paylaş:
Orban Trampın dəvəti ilə Sülh Sammitində iştirak edəcək

Macarıstanın Viktor Orban atəşkəs sazişinin imzalanması münasibətilə Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Orban tədbirə ABŞ prezidenti Donald Trampın dəvəti ilə qatıldığını bildirib.

“Onun dəvəti ilə bu gün Şarm əl-Şeyxdə ABŞ, Qətər, və Misir liderlərinin Yaxın Şərq üçün sülh planını imzalayacağı sammitdə iştirak edəcəyəm. Bu, böyük nailiyyətdir. Tramp buna nail olub və əgər müharibə tərəfdarlarının çağırışlarına müqavimət göstərsək, Ukraynanın bütün ehtiyaclarını ona verməliyik”, – Orban "X" hesabında yazıb.

Macarıstan lideri həmçinin vurğulayıb ki, sSülh tərəfdarlarının qlobal şəbəkəsi istər Yaxın Şərqdə, istər Qafqazda, istərsə də Ukraynada sülh naminə birgə fəaliyyət göstərir.

“Macarıstan bu sülh tərəfdarları şəbəkəsinin, ağıllı insanların ittifaqının üzvü olmaqdan qürur duyur”, – əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax