Operativ Məlumat Mərkəzi

OPEC Baş katibi Prezident İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
OPEC Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Haysam Əl-Qays İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Zati-alinizə doğum gününüz münasibətilə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək OPEC və qeyri-OPEC ölkələrinin Bəyannaməsinə əsasən dayanıqlı neft bazarının sabitliyini təmin etmək üçün göstərilən səylərdə ən etibarlı tərəfdaşlardan biri olan Respublikasının Prezidenti kimi Sizin idarəçilik, diplomatik və liderlik xüsusiyyətlərinizə heyranlığımı vurğulamağı özümə borc bilirəm.

Bu il Bakıya səfərim zamanı gərgin iş qrafikinizə baxmayaraq vaxt ayırıb məni qəbul etdiyiniz üçün Zati-alinizə bir daha minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, gözəl ölkənizə səfərlərimiz zamanı keçirilən yüksək səviyyəli görüşlərdə təşkilatımıza göstərilən misilsiz qonaqpərvərliyə görə Sizə daim minnətdarıq.

Cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uğurlar arzulayır və Azərbaycan Respublikasına uzun illər rəhbərlik etməyinizi diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax