Əsas məzmuna keç

Onlayn yolla narkotik alan şəxs həbs edildi

Onlayn yolla narkotik alan şəxs həbs edildi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən...

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirləri nəticəsində vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Cabbarlı saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 865 qram olan - heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Cabbarlı narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan onlayn yolla aldığını etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

R.Cabbarlının cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…