Operativ Məlumat Mərkəzi

Ombudsman: Xocalıda məzarlıqdan tapılmış qalıqlar Ermənistanın törətdiyi müharibə cinayətlərini növbəti dəfə sübut edir

2 dəq
Paylaş:
Ombudsman: Xocalıda məzarlıqdan tapılmış qalıqlar Ermənistanın törətdiyi müharibə cinayətlərini növbəti dəfə sübut edir

Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili () Səbinə Əliyeva tərəfindən insanlıq əleyhinə cinayətlərlə bağlı növbəti faktların ortaya çıxması məsələsinə münasibət bildirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə, Ombudsman Aparatından məlumat verilib.

Məlumatda bildirilib ki, 1992-ci il fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə şəxsiyyəti müəyyənləşmiş iki nəfər - Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmov bu gün dəfn ediliblər.

“Ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan tapılıb.

Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut edir.

Bir daha xatırladırıq ki, beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum edib, eyni zamanda, bu günədək kütləvi dəfn yerləri barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınıb”, - deyə açıqlamada qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax