Operativ Məlumat Mərkəzi

Ölkəmizdə uyğunluq sertifikatının verilməsində qanunsuzluq aşkarlanıb

2 dəq
Paylaş:
Ölkəmizdə uyğunluq sertifikatının verilməsində qanunsuzluq aşkarlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumların sertifikatlarını qanunsuz verməsi halları aşkar olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Dövlət Xidmətindən bildirilib.

Belə ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC-in müxtəlif təsərrüfat subyektlərinə 26 , “Aqrosert” MMC-nin verdiyi 4 sayda, “Az-Quality Cert” MMC-nin verdiyi 10 sayda və “Certus” MMC-nin verdiyi 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən kənaraçıxma halları, yəni akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmədiyi müəyyən edilib.

Həmin sertifikatların ləğvi ilə bağlı şirkətlərə yazılı göstərişlər verilsə də, Dövlət Xidmətinin göstərişləri yerinə yetirilməyib. Müvafiq sahədə qanunvericiliyin tələblərinə etməyən barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokollar tərtib edilib və baxılması üçün məhkəmə orqanlarına göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax