Operativ Məlumat Mərkəzi

Ölkədə yağıntılı hava şəraiti davam edib - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Ölkədə yağıntılı hava şəraiti davam edib - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 14-ü saat 9-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"ə bildirilib ki, bəzi yerlərdə yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Culfada 14 mm, Şahdağ, İsmayıllıda 12 mm, Yardımlıda 11 mm, Cəfərxanda 10 mm, Lerikdə 9 mm, Astara, Lənkəranda 8 mm, Sabirabad, Naxçıvanda 7 mm, Ordubad, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Biləsuvar, Şərur, Şahbuz, Oğuz, , Qobustan, Tərtər, Ağdam, Altıağac, , Bərdə, Yevlax, Neftçala, , Şəki, Daşkəsən, Xaltan, Qrız, Şabran, Mingəçevir, Göyçay, Şirvan, Göytəpə, Kəlvəzdə 5 mm-dək, Bakıda və yarımadasında isə 2 mm-dək olub.

Sumqayıt, Neft Daşları, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Qəbələ, Şəki, Qax, Şamaxı, Qrız, Şahdağ, Balakən, Göyçay, Lerikdə duman müşahidə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax