Operativ Məlumat Mərkəzi

Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib

2 dəq
Paylaş:
Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib

Görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenov Sülh Mükafatına göstərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “KazTaq”a istinadən xəbər verir ki, bu barədə “Baytaq” Yaşıllar Partiyasının məlumat yayıb.

Qeyd edilib ki, “Nevada–Semey” anti-nüvə hərəkatının banisi olan Süleymenov təkcə Qazaxıstanda deyil, bütün dünyada sülhün əldə olunması naminə fədakarlıqla çalışdığına görə bu təşəbbüs irəli sürülüb.

“Oljas Süleymenovun tarixi rolu, xüsusən də onun Nevada–Semey hərəkatı çərçivəsindəki fəaliyyəti Semipalatinsk nüvə poliqonunun bağlanmasında həlledici amil olub. Bundan əlavə, onun təşəbbüsü və Qazaxıstanın arenadakı fəal işi nəticəsində ABŞ-ın Nevada ştatı daxil olmaqla dünyanın bir neçə ölkəsində daha dörd böyük nüvə poliqonunun bağlanmasına nail olunub. Bu, qlobal təhlükəsizliyə böyük töhfədir”, – məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax