Operativ Məlumat Mərkəzi

Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib

1 dəq
Paylaş:
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
mətndə deyilir: "Hörmətli İlham Heydər oğlu. “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə...

Qazaxıstan Respublikasının birinci Prezidenti təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Hava Yolları” QSC-yə məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə nəticələnən faciə barədə kədərli xəbəri dərin təəssüf hissi ilə qarşıladım.

Kədərinizi bölüşərək həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu ağır itki bizim hamımızın ortaq kədəridir. Yaralananların tezliklə sağalmalarını diləyirəm.

Əminəm ki, qardaş Azərbaycan xalqı mətanəti və cəsarəti ilə bu çətin sınaqdan çıxacaqdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax