Operativ Məlumat Mərkəzi

Hava ilə bağlı XƏBƏRDARLIQ - 14.04.2025

1 dəq
Paylaş:
Hava ilə bağlı XƏBƏRDARLIQ - 14.04.2025

Bakı və yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən hava şəraitinin fasilələrlə yağıntılı , şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya yayıb.

Bildirilib ki, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Yağıntının aprel ayının 17-dək davam edəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax