Operativ Məlumat Mərkəzi

Növbəti Gəncə terrorundan 5 il ötür

2 dəq
Paylaş:
Növbəti Gəncə terrorundan 5 il ötür

Bu gün Vətən müharibəsi dövründə Silahlı Qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından 5 il keçir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2020-ci ilin oktyabrın 8-nə keçən gecə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə növbəti dəfə Ermənistanın hərbi təcavüzünə məruz qalıb.

Belə ki, həmin gecə endirilən raket zərbəsi nəticəsində xəsarət alan olmasa da, şəhərdə bir çox evləri və vasitələri dağılıb, mülki infrastruktur ciddi zərər görüb.

Xatırladaq ki, İkinci müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ümumilikdə beş dəfə – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hədəfə alıb. Bu hücumlar nəticəsində 26 nəfər həyatını itirib, 175 nəfər yaralanıb. Şəhərin müxtəlif ərazilərində yaşayış binaları, ictimai obyektlər və avtomobillərə maddi ziyan dəyib.

Ümumilikdə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 nəfər yaralanıb. Rəsmi məlumatlara görə, 12 mindən çox yaşayış və qeyri-yaşayış sahəsinə, yüzlərlə nəqliyyat vasitəsinə və fermer təsərrüfatına ciddi zərər dəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax