Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nikuşor Dan Prezident İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
Nikuşor Dan Prezident İlham Əliyevi təbrik edib

Rumıniya Prezidenti Dan İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

" Respublikasının Prezidenti -aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq və sülh arzularımı çatdırıram.

Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara əsaslanır. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxşı dost və etibarlı tərəfdaşdır.

Zati-alinizin Cənubi Qafqazda regionun böyük potensialından istifadə etməyə imkan yaradan davamlı sülhün bərqərar olması istiqamətində yorulmaz səylərini alqışlayıram.

Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun davamlı şəkildə inkişafını dəstəkləmək üçün bundan sonra da fəaliyyət göstərəcək.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında ortaq maraq doğuran sahələrdə strateji tərəfdaşlığı daha da dərinləşdirmək məqsədilə Sizi Rumıniyaya səfərə dəvət edirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax