Əsas məzmuna keç

Nikaraqua Prezidenti və vitse-prezidenti Azərbaycan liderini təbrik ediblər

Nikaraqua Prezidenti və vitse-prezidenti Azərbaycan liderini təbrik ediblər

təbrikdə deyilir: "Hörmətli Prezident, əziz Qardaşımız. 28 May – Müstəqillik Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına və Hökumətinə Barışıq və...

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo İlham Əliyevi təbrik ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident, əziz Qardaşımız.

28 May – Müstəqillik Günü münasibətilə Sizə, qardaş xalqına və Hökumətinə Barışıq və Milli Birlik Hökuməti adından, həmçinin öz adımızdan səmimi təbriklərimizi .

Azərbaycan xalqının tarixini, milli kimliyini və suverenliyini təcəssüm etdirən bu günü daim firavan və azad olan Nikaraquada ölkənizlə birlikdə qeyd edirik. Xalqlarımızı birləşdirən dostluq, həmrəylik və münasibətlərini möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.

Hörmətli Prezident, Zati-alinizə və bütün qardaş Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və rifah arzularımızı çatdırırıq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…