Operativ Məlumat Mərkəzi

Niderlandda sənaye zonasında güclü yanğın baş verib

1 dəq
Paylaş:
Niderlandda sənaye zonasında güclü yanğın baş verib

Niderlandın qərbindəki Ter bölgəsində güclü yanğın olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderlandın Korporasiyası (NOS) məlumat yayıb.

Yanğının Ter Aardakı parkında sənaye bölgəsində, plastik məmulatlar istehsal edilən zavodda baş verdiyi bildirilir.

Yanğın qısa zamanda yaxınlıqdakı iş yerlərini bürüyüb. Eyni zamanda hadisə zamanı partlayış səsləri eşidilib, qaz balonları partlayıb.

Hazırda Ter-Aar xilasediciləri sənaye zonasında yanğının söndürülməsinə çalışır, yanğın nəzarət altına alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax