Operativ Məlumat Mərkəzi

Nəcməddin Sadıkov uzun müddət sonra görün harda GÖRÜNTÜLƏNDİ - VİDEO, FOTO

2 dəq
Paylaş:
Nəcməddin Sadıkov uzun müddət sonra görün harda GÖRÜNTÜLƏNDİ - VİDEO, FOTO

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş general-polkovnik Nəcməddin fasilədən sonra ictimaiyyət arasında görünüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, N.Sadıkov Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.

O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.

Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabrında tutduğu vəzifədən edilib.

27-28 sentyabr tarixlərində keçirilən yarışları N. Sadıkov və E. Quliyevlə birgə, maliyyə naziri Samir Şərifov da izləyib.

Qeyd edək ki, N.Sadıkovun adı bir neçə cinayət işində hallanır. Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqında bəzi təqsirləndirilən şəxslər ona pul verdiklərini deyiblər. Həmin işlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Sadıkov barəsində cinayət təqibi aparılır.

Bundan başqa, Müdafiə Nazirliyinin sabiq baş zabiti Zahid Niftəliyev də öz məhkəməsində Nəcməddin Sadıkovu ittiham edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax