Əsas məzmuna keç

Nazir: Son 10 ildə universitetlərə qəbul iki dəfə artıb

Nazir: Son 10 ildə universitetlərə qəbul iki dəfə artıb

bunu elm və təhsil naziri Emin Əmrullayev “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycanda tələbələrin...

Son 10 ildə universitetlərə qəbul demək olar iki dəfə artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu və təhsil naziri “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda tələbələrin sayı 27 mindən 60 minə qalxıb:

“Azərbaycanda universitetə qəbul ola bilməyənlər digər ölkələrdəki universitetlərə üz tuturlar. Ali təhsilə çıxışa hər kəs malik ola bilər, amma bunun kriteriyaları olmalıdır. Biz tələbə mübadiləsi və universitetlərlə əməkdaşlığı gücləndirməklə yanaşı, elə ki, uduzan tərəf olmayaq”, - nazir vurğulayıb.

Emin Əmrullayev bildirib ki, hər bir şəxsin təhsilinə davam etmək haqqı olmalıdır: "Sosial vəziyyəti aşağı olan tələbələrin də ali təhsilə əlçatanlığını təmin etməliyik. Bu istiqamətdə və tədqiqat regionda insanların həyatını müsbət istiqamətdə dəyişə bilər".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…