Əsas məzmuna keç

Naxçıvanda Türkiyə-Azərbaycan 3-cü Enerji Forumu keçiriləcək

Naxçıvanda Türkiyə-Azərbaycan 3-cü Enerji Forumu keçiriləcək

bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib. "Əminəm...

"Üç gündən sonra Naxçıvanda və Azərbaycanın vəzifəli şəxslərinin, təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan 3-cü Enerji Forumu keçiriləcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

"Əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var. Naxçıvanda günəş stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, bizim Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var", - qeyd edib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…