Operativ Məlumat Mərkəzi

Naxçıvanda aksiz markasız siqaret satan şəxslər saxlanılıb

1 dəq
Paylaş:
Naxçıvanda aksiz markasız siqaret satan şəxslər saxlanılıb

Naxçıvanda aksiz markası tütün məmulatlarının satışını edən şəxslər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti tədbiri həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Fərhad, Əliyev Ağalar, 28 yaşlı Səfərov , 34 yaşlı Qurbanov Heydər və 62 yaşlı Novruzov Nazimin xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40000 manat dəyərində 25000 qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub. Həmin şəxslər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Faktlarla bağlı, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax