Operativ Məlumat Mərkəzi

Naxçıvan MR-də vergi daxilolmaları 38 faiz artıb

1 dəq
Paylaş:
Naxçıvan MR-də vergi daxilolmaları 38 faiz artıb

Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir.

Dövlət Vergi Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, 2023-cü ilin 7 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 90,7 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə 38 faiz və ya 25 çoxdur.

Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin dövrü ilə müqayisədə 46,4 faiz və ya 28,1 milyon manat artıb.

Cari ilin iyul ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 49,1 faiz və ya 4,9 milyon manat artım qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax