Dünyanın qızıl ehtiyatına görə lider ölkələri

Dünyanın qızıl ehtiyatına görə lider ölkələri
07.08.2023 11:37
Aa
dəq

Dünyada ən çox qızıl ehtiyatına sahib ölkələrinin siyahısı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, siyahının ilk sırasında 3,371 trilyon dollar qızıl aktivi ilə Çin qərarlaşıb.

İkinci yeri 1,254 trilyon dollar ehtiyatla Yaponiya tutub. İlk üçlüyü 886 milyard dollar aktivlə İsveçrə tamamlayır.

Hindistan 4-cü, Rusiya isə 5-ci yerdə qərarlaşıb.

Qeyd olunub ki, Rusiyanın qızıl valyuta ehtiyatları 11,6 milyard dollar azalaraq 584,2 milyard dollara çatıb.

İlk onluqda Səudiyyə Ərəbistanı (442,2 milyard dollar), Honq-Konq (421 milyard dollar), Cənubi Koreya (420,98 milyard dollar) və Braziliya, (343,5 milyard dollar) Sinqapur (325,7 milyard dollar) və Almaniya qərarlaşıb.

ABŞ 12-ci yerdə, 13,14 və 15-ci yerləri müvafiq olaraq İtaliya, Fransa və Tailand tamamlayır. 

G20 ölkələri arasında Kanada 22-ci yer, Türkiyə 26-cı yer, Avstraliya 34-cü yer və Argentina 49-cu sırada yer alıb.

Həftənin ən çox oxunanları