Operativ Məlumat Mərkəzi

NATO təlimlərində iştirak etmək üçün 50-dən çox hərbi gəmi Litvaya gedəcək

2 dəq
Paylaş:
NATO təlimlərində iştirak etmək üçün 50-dən çox hərbi gəmi Litvaya gedəcək

NATO ölkələrindən olan 4 minə yaxın hərbi qulluqçu 50-dən çox döyüş gəmisi ilə Litvaya gedəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalistlərə Litva Hərbi Qüvvələrinin komandanı admiral Gedrius Premeneçkas bildirib.

Məqsəd dənizində ən böyük hərbi dəniz təlimi olan “ 2024”də iştirak etməkdir.

“Təxminən 30 gəmi Klaypeda dövlət limanında lövbər salacaq, daha bir neçə gəmi isə onlara tapşırılan vəzifələrdən asılı olaraq limandan kənarda qalacaq”, - o deyib.

Admiralın sözlərinə görə, 21 ölkənin donanmasını təmsil edən gəmilərdən əlavə, təlimlərə 45 hərbi təyyarə də cəlb olunub. O bildirib ki, bu, Baltik dənizində keçirilən hərbi tarixində ən böyük hərbi manevrlərdir. Təlimlər iyunun 22-dək davam edəcək.

“Baltops-2024”ün əsas məqsədləri NATO tərəfdaşlarının taktiki və səviyyələrində strateji qarşılıqlı fəaliyyətini nümayiş etdirmək və böhran vəziyyətində birgə hərəkətləri təcrübədən keçirməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax