Operativ Məlumat Mərkəzi

Narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs həbs olunub

2 dəq
Paylaş:
Narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs həbs olunub

Salyan Rayon Polis Şöbəsinin Dövlət Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ - 2121” markalı avtomobilin sürücüsünə qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayonun Şorsulu kənd sakini Emin Aslanovun avtomobili sürücü hüququ olmadan idarə etdiyi məlum olub. Bundan əlavə, onun və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından, sonuncunun müvafiq tibbi müayinədən keçirilməsi də təmin edilib. Müayinənin nəticəsinə əsasən, E.Aslanovun marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax