Operativ Məlumat Mərkəzi

Muxtar Babayev: COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq

2 dəq
Paylaş:
Muxtar Babayev: COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və inklüzivliyə həsr olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Münhen Konfransının panel müzakirəsi zamanı bildirib.

“Bütün ölkələri Bakıda keçiriləcək bu tədbirə qatılmağı dəvət . Əminik ki, müsbət nəticələr əldə edə biləcəyik. Hesab edirik ki, bu, Dubayda əldə olunmuş uğurlu konsensusdan yararlanmaq və onu 2025-ci ildə Bakıya, daha sonra Braziliyaya ötürmək üçün əla fürsətdir”, - o vurğulayıb.

M.Babayev qeyd edib ki, COP sədrlikləri troykası çərçivəsində iqlim gündəliyindəki prosesi birgə irəlilətmək üçün yaxşı şansdır.

Xatırladaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

COP30 isə 2025-ci ildə Braziliyada keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax