Operativ Məlumat Mərkəzi

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub

1 dəq
Paylaş:
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Report"a istinadən xəbər verir ki, bu vəzifə -mayor Müşfiq Məmmədova həvalə olunub.

Məlumatı "Report"a təsdiqləyib. Qeyd edilib ki, İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.

Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax