Operativ Məlumat Mərkəzi

Müdafiə Nazirliyi və Dini Komitə birgə tədbirlər planı imzalayıb

1 dəq
Paylaş:
Müdafiə Nazirliyi və Dini Komitə birgə tədbirlər planı imzalayıb

ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün tədbirlər imzalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Birgə tədbirlər planına əsasən Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub.

Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub.

Cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişafı, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında , o cümlədən digər mövzularda tədbirlər keçiriləcək, maarifləndirici söhbətlər aparılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax