Operativ Məlumat Mərkəzi

Müdafiə naziri Baş Klinik Hospitalı ziyarət edib

2 dəq
Paylaş:
Müdafiə naziri Baş Klinik Hospitalı ziyarət edib

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi martın 20-də Baş Hospitalda müalicə olunan hərbi qulluqçuları edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MN-dən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.

Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

General-polkovnik Z.Həsənov , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax