Operativ Məlumat Mərkəzi

MSK sədri: Seçkilərdə xoşagəlməz hallardan heç kim sığortalanmayıb

2 dəq
Paylaş:
MSK sədri: Seçkilərdə xoşagəlməz hallardan heç kim sığortalanmayıb

Seçkilərdə milyonlarla insan iştirak etdiyindən hallardan heç kim sığortalanmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Milli Məclisə seçkilərdə bərabər seçkiqabağı təşviqat imkanları və subyektlərinin fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, media nümayəndələri daima prosesin içərisində olduğundan seçkini obyektiv işıqlandırmalıdırlar: "Harada mənfi hal görsələr, MSK-nın addımını, müdaxiləsini gözləmək lazım deyil. Medianın vəzifəsi hər birimizdən yüksəkdir. Onlar qərəzli informasiya ötürmək istəyənləri qabaqlamalı, prosesi təqdim etməlidirlər. Media subyektləri öz auditoriyasını genişləndirmək üçün sensasion ştrixlərdən istifadə etməməlidirlər. Seçkidə xoşagəlməz halın alınmasından heç kim narahat olmasın. Bundan sığortalanmaq mümkün deyil. Sadəcə baş verən hadisəyə yerindəcə, düzgün qiymət vermək lazımdır".

M.Pənahov bildirib ki, bəzi dövlətlər, qurumlar hansısa bir ölkədə öz iddialarını həyata keçirmək istəyirlər: "İndi hansısa dövlətə təsir mexanizmi keçmişdəki kimi qoşun çəkməklə aparılmır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax