Operativ Məlumat Mərkəzi

MSK bələdiyyə seçkilərində 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

1 dəq
Paylaş:
MSK bələdiyyə seçkilərində 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) 10 siyasi partiyanın bələdiyyə seçkilərindəki səlahiyyətli nümayəndələrini qeydə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı MSK-nın dekabrın 21-də keçirilən iclasında layihəsi müzakirə olunub.

MSK Arifə Muxtarovanın təqdimatına əsasən, quruma müraciət edən Respublikaçı Alternativ (REAL), Ağ Partiyası, Gələcək (GAP), , Vəhdət, Haqq Ədalət (HƏP), Demokrat (ADP), Azad Vətən, Müasir Müsavat, Yeni Zaman partiyalarının 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

Müvafiq qərarlar səsverməyə qəbul olunub.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərində indiyədək 23 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alındığını deyib: "Qeydiyyatdan keçmiş qalan üç partiya üçün də hələ vaxt var".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax