Operativ Məlumat Mərkəzi

Monteneqro prezidenti parlamenti buraxıb

2 dəq
Paylaş:
Monteneqro prezidenti parlamenti buraxıb

prezidenti Milo Cukanoviç seçkilərinə üç gün qalmış parlamenti buraxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezidentin fərmanı cümə axşamı milli televiziya vasitəsilə yayılıb.

"Monteneqro Assambleyasının 27-ci Parlamenti buraxılır. Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə sənəddə qeyd olunub.

Konstitusiyaya görə, parlament seçkiləri 100 gündən gec olmayaraq keçirilməlidir. Bundan əvvəl Monteneqro parlamentinin sədri Daniela Djuroviç respublikada prezident seçkilərini martın 19-na təyin edib.

Konstitusiyaya görə, Monteneqro parlamentli respublikadır və əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir. Buna baxmayaraq, prezident fiquru Nazirlər Kabinetinin formalaşmasında və baş nazirin namizədliyinin irəli sürülməsində böyük kəsb edir.

Monteneqro prezidenti ümumxalq səsverməsi ilə beş il müddətinə seçilir və ardıcıl iki müddətdən artıq seçilə bilməz.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax