Operativ Məlumat Mərkəzi

Mingəçevir su anbarında batdığı ehtimal olunan şəxsin axtarışı davam edir - VİDEO

1 dəq
Paylaş:
Mingəçevir su anbarında batdığı ehtimal olunan şəxsin axtarışı davam edir - VİDEO

Fevralın 19-da Mingəçevir su anbarının rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində ehtimal olunan 2003-cü il təvəllüdlü İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə və Sularda Xilasetmə Dövlət və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 26 yaşlı İsmayılov Müşviq Rəhim oğlunun meyiti fevralın 23-də FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax