Operativ Məlumat Mərkəzi

Mingəçevir su anbarında batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Mingəçevir su anbarında batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB

Avqustun 4-də Mingəçevir su anbarında 2 nəfərin batması ilə əlaqədar işləri yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə və Sularda Xilasetmə Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

19:51 ***

Mingəçevir su anbarında 2 nəfər batıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax